İcmal büdcənin gəlirləri və xərcləri - MƏBLƏĞ

İcmal büdcənin gəlirləri və xərcləri - MƏBLƏĞ

Hazırda oxunan: İcmal büdcənin gəlirləri və xərcləri - MƏBLƏĞ

608622

2026-cı ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 8 milyard 852,8 milyon manat, xərcləri isə 9 milyard 60,8 milyon manat səviyyəsində icra olunub.

Maliyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, icmal büdcədə 208 milyon manat büdcə kəsiri (defisit) yaranıb.
 

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 2 milyard 131,8 milyon manat, xərcləri 2 milyard 52,9 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 58,9 milyon manat, xərcləri 38,4 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 569,3 milyon manat, xərcləri 454,6 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 1 milyard 7,9 milyon manat, xərcləri 3 milyard 217,1 milyon manat məbləğində icra olunub.


Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 104,4 milyon manat, xərcləri 98,8 milyon manat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO