Azərbaycandan İsrailə pul köçürmələri ARTIB

Azərbaycandan İsrailə pul köçürmələri ARTIB

Hazırda oxunan: Azərbaycandan İsrailə pul köçürmələri ARTIB
586867
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,576 milyon ABŞ dolları təşkil edib.

Bizim.Media-nın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 303 min ABŞ dolları və ya 13,3% çoxdur.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində İsrailin payı 0,7% təşkil edib.

Həmçinin cari ilin ilk 9 ayında İsraildən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,071 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,8 milyon ABŞ dolları və ya 16,4% azalma deməkdir.
 

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində İsrailin payı 1,1% təşkil edib.


2024-cü ilin ilk 9 ayında Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,273 milyon ABŞ dolları, əks istiqamətdə isə 10,846 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib.

Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO