Qırğız nümayəndə heyəti “Abşeron” Ticarət Mərkəzində sahibkarlarla görüşdü - FOTO

Qırğız nümayəndə heyəti “Abşeron” Ticarət Mərkəzində sahibkarlarla görüşdü - FOTO

Hazırda oxunan: Qırğız nümayəndə heyəti “Abşeron” Ticarət Mərkəzində sahibkarlarla görüşdü - FOTO
584404
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda “Abşeron” Ticarət Mərkəzini ziyarət edib. Heyət Azərbaycanda keçirilən iqtisadi və humanitar sahələr üzrə Azərbaycan–Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclasında iştirak məqsədilə ölkəmizdə səfərdədir.

Görüş zamanı qonaqlar “Abşeron” Ticarət Mərkəzində kiçik və orta biznes üçün yaradılmış imkanlarla tanış olublar.

Tədbirdə Qırğızıstanın 15-dən artıq nazirlik və dövlət qurumunu təmsil edən nazir müavinləri, müşavirlər və digər yüksək vəzifəli şəxslər, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Maksat Mamıytkanov, Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Lətif Qəndilov, Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun həmsədrləri Zamirbek Osmonov və İqbal Babayev, həmçinin ReefGroup şirkətinin rəhbəri Azər Şükürov və Xəzər Beynəlxalq Fondunun rəhbəri Adəm Bakuvi iştirak ediblər.
 

“Abşeron” Ticarət Mərkəzi Müşahidə Şurasının üzvü Elnur Osmanov qonaqlara geniş təqdimatla çıxış edərək layihənin konsepsiyası, infrastruktur həlləri və sahibkarlara təqdim olunan imkanlar barədə məlumat verib.


Bildirilib ki, mərkəz həm sahibkarlıq fəaliyyətinə dəstək mexanizmləri, həm də müasir şəhərsalma trendlərinə uyğunluğu ilə seçilir.

Təxminən 300 hektarlıq ərazini əhatə edən mərkəzdə 1500-dən çox mağaza fəaliyyət göstərir. Sahəsinə və strukturuna görə “Abşeron” Ticarət Mərkəzi Avropa və Yaxın Şərqin aparıcı ticarət məkanları ilə müqayisə olunur.

Təqdimatdan sonra nümayəndə heyəti ticarət mərkəzi ərazisini gəzərək sahibkarlarla görüşüb, onlar üçün yaradılan şərait və tətbiq olunan güzəştlərlə maraqlanıb.

Qırğız nümayəndə heyəti “Abşeron” Ticarət Mərkəzində sahibkarlarla görüşdü - FOTO - foto 1
Qırğız nümayəndə heyəti “Abşeron” Ticarət Mərkəzində sahibkarlarla görüşdü - FOTO - foto 2
Qırğız nümayəndə heyəti “Abşeron” Ticarət Mərkəzində sahibkarlarla görüşdü - FOTO - foto 3
Qırğız nümayəndə heyəti “Abşeron” Ticarət Mərkəzində sahibkarlarla görüşdü - FOTO - foto 4
Qırğız nümayəndə heyəti “Abşeron” Ticarət Mərkəzində sahibkarlarla görüşdü - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO