Naxçıvanda dəmir yolu infrastrukturu yenilənir - Zəngəzur dəhlizi ilə əlaqə bərpa olunacaq - VİDEO

Naxçıvanda dəmir yolu infrastrukturu yenilənir - Zəngəzur dəhlizi ilə əlaqə bərpa olunacaq - VİDEO

Hazırda oxunan: Naxçıvanda dəmir yolu infrastrukturu yenilənir - Zəngəzur dəhlizi ilə əlaqə bərpa olunacaq - VİDEO
584123
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırılıb. Artıq Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə start verilib.

Bu barədə Bizim.Media-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Məlumatda deyilir ki, tikinti işləri 188 kilometrlik dəmiryol xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır.

Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
 

2025-ci il avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşma çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq.


Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilən Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin də əsas halqalarından birini təşkil edəcək.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO