Xarici sərmayə hesabına tikilən Külək Elektrik Stansiyası – MƏQSƏD nədir? 

Hazırda oxunan: Xarici sərmayə hesabına tikilən Külək Elektrik Stansiyası – MƏQSƏD nədir? 

55397

“Xızı-Abşeron Külək Elektrik Stansiyasının açılışı bir neçə prizmadan Azərbaycan üçün vacibdir. Əvvəla bu,  alternativ enerji mənbələrindən daha çox istifadə edilməsinə imkan yaradacaq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar Bayramov qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

KÜLƏK ENERJİSİ və Azərbaycanın alternativ enerji potensialı nə qədərdir? - DETALLAR


Belə ki, yanvarın 12-də təməli qoyulan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də təməlqoyma mərasimi keçirilib.

Sözügedən KES-in Azərbaycanın enerji potensialı üçün yaradacağı imkanları şərh edən millət vəkili bərpaolunan enerjinin ümumi istehlakda payının artırılmasının Azərbaycan üçün prioritet məsələlərdən hesab olunduğunu diqqətə çatdırıb:

“Bərpaolunan və alternativ enerji mənbələrindən daha intensiv şəkildə istifadə etməklə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən tapşırıq və göstərişlər var. Bu kontekstdən yeni stansiyanın təməlinin qoyulması həm də bütövlükdə bərpaolunan enerjinin ümumi istehlakda payının artmasına imkan yaradacaq. Digər tərəfdən bu, əhatə dairəsi baxımından Xızı-Abşeronda elektrik enerjisinə olan tələbin ödənilməsinə xüsusi töhfə verəcək. Bu da təbii ki, enerji təminatının yaxşılaşdırılması və alternativ mənbələrdən istifadə edilməsi baxımından çox vacibdir”.

Vüqar Bayramov fikirlərinin davamında Xızı-Abşeron KES-in xarici investisiyaların cəlbi baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Bu, eyni zamanda, xarici investisiyanın cəlb edilməsi, xüsusilə bərpa olunan enerji sektoruna daha çox xarici sərmayənin cəlbi baxımından da əhəmiyyətli hesab olunur.


Xarici investisiyanın cəlb edilməsi Azərbaycanda bərpaolunan enerji sektoruna, bütövlükdə həyata keçirilən siyasətə inamın göstəricisidir. Azərbaycan son illər qeyri-neft sektoruna daha çox xarici sərmayənin cəlbi ilə bağlı fəaliyyətini genişləndirib. Xüsusən də bərpaolunan enerjiyə xarici sərmayənin cəlb edilməsi bu sahədə tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə gətirib çıxaracaq, bərpaolunan enerji sektorunda daha innovativ texnologiyadan istifadə imkanlarını artıracaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO