Un məmulatlarının satışı ƏDV-yə cəlb olunur? - MÜZAKİRƏ

Un məmulatlarının satışı ƏDV-yə cəlb olunur? - MÜZAKİRƏ

Hazırda oxunan: Un məmulatlarının satışı ƏDV-yə cəlb olunur? - MÜZAKİRƏ
46066
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların çətinliklərinin və təkliflərinin öyrənilməsi istiqamətində növbəti dəfə görüş keçirib.

Bizim.Media quruma istinadən xəbər verir ki, görüş Vergi siyasəti Baş İdarəsinin, Tədris Mərkəzinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və çörək istehsalı ilə məşğul olan aparıcı vergi ödəyicilərinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

Görüşdə un məmulatlarının satışının, çörək istehsalı ilə əlaqədar lazım olan qatqıların, qablaşdırma məhsulları və avadanlıqların idxalının ƏDV-yə cəlb olunması, ƏDV-yə cəlb edilən və azad olunan əməliyyatların uçotunun aparılması, çörəyin çəkisinə və satış qiymətlərinə dair tənzimlənmənin müəyyən edilməsi, həmçinin un məhsullarının istehsalçılarına un alışı üçün verilən subsidiya ilə bağlı müzakirələr aparılıb.

Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO