ŞAD XƏBƏR: Bu şəxslərin təqaüdləri ARTIRILDI

ŞAD XƏBƏR: Bu şəxslərin təqaüdləri ARTIRILDI

Hazırda oxunan: ŞAD XƏBƏR: Bu şəxslərin təqaüdləri ARTIRILDI
268065
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gündən doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.

Bizim.Media xatırladır ki, bununla bağlı iyulun 24-də Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Doktorant və tələbələrə verilən təqaüdlər artırıldı - SƏRƏNCAM


Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:

doktorantura səviyyəsi üzrə:

- elmlər doktoru hazırlığı üzrə doktorantlara - 450 manat;

- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 300 manat;

ali təhsil müəssisələrində:

magistratura səviyyəsi üzrə:

- akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 240 manat;

- akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 180 manat;

- akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 120 (yüz iyirmi) manat;

bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 200 (iki yüz) manat;

akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 160 (yüz altmış) manat;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 110 (yüz on) manat;

orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 110 (yüz on) manat;akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 90 (doxsan) manat;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 70 (yetmiş) manat;

peşə təhsili müəssisələrində:

akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələrə - 110 (yüz on) manat;

akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələrə - 90 (doxsan) manat;

akademik göstəriciləri "3"-"5" (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələrə - 70 (yetmiş) manat.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO