Yay bolluğunda BAHALAŞMA - Qiymətlər niyə UCUZLAŞMIR?

Yay bolluğunda BAHALAŞMA - Qiymətlər niyə UCUZLAŞMIR?

Hazırda oxunan: Yay bolluğunda BAHALAŞMA - Qiymətlər niyə UCUZLAŞMIR?
256643
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yay aylarının gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu müşahidə olunsa da, bir çox ərzaq məhsullarının qiymətində artım qeydə alınır. Mövsümi dəyişikliklərin qiymətlərə təsiri illərdir qəbul olunan təbii sayılsa da, bəzi hallarda bu artımların süni şəkildə yaradıldığına dair ciddi narahatlıq var. Satıcılar yüksək maya dəyərindən, alıcılar isə süni qiymət artımından şikayətlənirlər.

Bəs, bu artımlar hansı səbəblərlə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media- ya danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, mövsümdə meyvə və tərəvəzlərin qiymət artımı, kütləvi bazara çıxarılması və aşağı maya dəyəri ilə əlaqəlidir.

Həmçinin inflyasiya, dövlət tənzimləmələri və artan xərclər, məhsul qiymətlərində artıma yol açır.
 

Bir neçə ildir ölkədə sürətli inflyasiya müşahidə olunur, bu da məhsulların  qiymətlərinə təsir göstərir. Eyni zamanda Tarif Şurasının  atdığı adımlar da məhsulların qiymətlərində dəyişikliyə səbəb olur.


Keçən il dizel qiyməti artdı, bu ilin yanvarından işıq-qazın qiyməti yüksəlib, minimum əməkaqqı artırılıb. Ümumilikdə belə deyək işçiliyin xərci keçən il 8 % olmuşdursa, bu il 10 % - ə çatıb. Bu amillər saxlanma, daşınma  xərclərinə təsir etdiyinə görə sahibkarların  da xərci artır, buna  görə də məhsulların qiymətində artım müşahidə olunur” – deyə X.Kərimli bildirib.

Gülər Həsənli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO