Bakıda yeni söküntü dalğası - VİDEO

Bakıda yeni söküntü dalğası - VİDEO

Hazırda oxunan: Bakıda yeni söküntü dalğası - VİDEO
235083
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qəzalı vəziyyətdə olan köhnə binalar söküləcək. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, Bakının Suraxanı rayonu üzrə 63, Nəsimi rayonu üzrə 226, Xətai rayonu üzrə 99, Nərimanov rayonu üzrə 219, Nizami rayonu üzrə 131, Yasamal rayonu üzrə 18, Səbail rayonu üzrə 41, Pirallahı rayonu üzrə 297 yaşayış binasının sökülməsi nəzərdə tutulur.

Şəhər ərazisində mərhələli şəkildə söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, sözügedən ərazidə kirayə ev axtaranların sayı da artacaq.

Ekspertlər hesab edirlər ki, həmin ərazilərdə tələb təklifi həddindən artıq üstələdiyi üçün süni qiymət artımı qaçılmazdır. Hətta qiymətlərin təxminən 25-30 faiz civarında artması da proqnozlaşdırılır.

Qiymət artımı mənzil bazarında da müşahidə ediləcək.

Ekspert təklif edir ki, söküntü işlərinin mərhələli şəkildə aparılması daha uyğundur. Belə olsa, qiymətləri bir qədər stabil saxlamaq mümkün olar.

 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO