"Azərbaycan Dövlət Neft Fondu hələ ilk 25-liyə düşə bilməyib..."

Hazırda oxunan: "Azərbaycan Dövlət Neft Fondu hələ ilk 25-liyə düşə bilməyib..."

215119
Norveç Pensiya Fondunun bazar dəyəri ötən il 13 faiz artaraq bu ilin əvvəlinə 1,08 trilyon dollar təşkil edib. Bunu şərtləndirən başlıca amil 2017-ci ildə Fondun vəsaitinin idarəedilməsindən əldə edilən gəlirlərin 131 milyard dollar təşkil etməsidir. Beləliklə də Norveç Pensiya Fondunun aktivləri ölkənin ÜDM-ni 4 dəfə üstələyib. Fondun inanılmaz dərəcədə yüksək uğurunun başlıca səbəbi vəsaitlərin idarəedilməsindəki nailiyyətlərlə izah olunur. Belə ki, 1998-ci ildən 2017-ci ilə qədər olan dövrdə Fondun gəlirlərin idarəedilməsindən qazancı orta hesabla 6,1 faiz təşkil edib. Ötən 5 ildə bu göstərici 7,86 faiz, keçən il isə 10,3 faiz olub.xa0
Müqayisə üçün qeyd edim ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun ötən il ərzində vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 83 milyon 600 min manata bərabər olub ki, bu da həmin mənbədən 1,92 faiz orta illik qazanc deməkdir.
Norveçin Pensiya Fondu vəsaitlərini əsasən beynəlxalq qiymətli kağızlarda yerləşdirir. Fondun aktivləri 37 ölkənin valyutasından ibarət səbət vasitəsilə idarə olunur. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 10 müxtəlif valyutada yerləşdirilsədə onun 90 faizini dollar və avro təşkil edir. Məlumat üçün qeyd edim ki, 2018-ci il yanvarın 1-ə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 35 806,5 milyon ABŞ dollarına bərabər olub.xa0
Şəkil formatında təqdim olunmuş diaqramda ilk 10-da yer alan investisiya fondlarının aktivləri təqdim olunur. Azərbaycan Dövlət Neft Fondu bu siyahıda hələ ilk 25-liyə düşə bilməyib.

Qubad İbadoğlu, İqtisadçı alim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO