Asiya İnkişaf Bankı Azərbaycan üzrə yeni direktor TƏYİN ETDİ - FOTO

Asiya İnkişaf Bankı Azərbaycan üzrə yeni direktor TƏYİN ETDİ - FOTO

Hazırda oxunan: Asiya İnkişaf Bankı Azərbaycan üzrə yeni direktor TƏYİN ETDİ - FOTO
214906
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni ölkə direktoru təyin edilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu, Sunniya Durrani-Camaldır.

O, bu gün AİB-in Azərbaycandakı daimi nümayəndəliyində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, xanım Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir, onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla AİB-də çalışıb. O, bankın Kamboca üzrə ölkə direktoru, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionu üzrə vitse-prezidentinin baş məsləhətçisi, həmçinin baş iqtisadçısı olub.
 

Xanım Durrani-Camal Böyük Britaniyanın Sasseks Universitetindən iqtisadiyyat (insan kapitalının İnkişafı) üzrə magistr dərəcəsi və Pakistanın Quaid-i-Azam Universitetindən iqtisadiyyat elmləri (pul siyasəti) üzrə magistr dərəcəsinə malikdir.


O, AİB-in Azərbaycan nümayəndəliyində 2021-ci ildən bu vəzifəni icra edən ölkə direktoru Kandays MakDiganı əvəz edib.

Asiya İnkişaf Bankı Azərbaycan üzrə yeni direktor TƏYİN ETDİ - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO