Azərbaycanda bir günü 1000 manata olan evlər – VİDEO

Azərbaycanda bir günü 1000 manata olan evlər – VİDEO

Hazırda oxunan: Azərbaycanda bir günü 1000 manata olan evlər – VİDEO

213377

Son vaxtlar evlərini sutkalıq kirayə verənlərin sayı artıb. 

Bizim.Media-nın xezerxeber.az-a istinadən məlumatına görə, eskpertlər deyirlər ki, şəhərin xüsusən mərkəzi ərazilərində yerləşən mənzilləri günlük kirayə vermək ev sahibləri üçün daha sərfəlidir. 
 

Xarici turistlər xüsusilə belə evləri "booking" platforması üzərindən rezervasiya edirlər. Burada yüksək qiymətləndirilən və şəraiti yaxşı olan evlərə tələbat daha çoxdur. 


Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, Azərbaycanda, bölgələrdə elə evlər var ki, günlük kirayəsi min manatdan da yüksəkdir. Əgər turist qaldığı evdən, onun sahibindən razı olursa, onlayn platformada bunu yüksək xal ilə qiymətləndirir. Nəticədə turistlər belə evləri seçərkən daha rahat olurlar. 

Ekspert bildirir ki, son vaxtlar 3, 4 və 5 ulduzlu hotellərə də tələbat artıb. Buna səbəb əvvəlki illərlə müqayisədə ölkəmizə üz tutan turistlərin sayının çoxalmasıdır. 

Bununla belə bildirildi ki, bu ilin yanvar-sentyabr aylarında ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan "booking" üzrə bir gecə qalmaq üçün orta qiymət Türkiyənin İstanbul şəhəri və Gürcüstanla müqayisədə az olub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO