ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir – FOTO

ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir – FOTO

Hazırda oxunan: ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir – FOTO
212172
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

19-20 sentyabr 2024-cü il tarixində Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun növbəti görüşü “Qırğızıstan Dəmir Yolları” Milli Şirkəti Dövlət Müəssisəsinin Baş direktorunun müavini Dastan Usubakunovla olub.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan və Qırğızıstan arasında dəmir yolu sahəsində əməkdaşlığın inkişaf perspektivləri, ortaq maraq dairəsində olan məsələlər, eyni zamanda Orta Dəhlizin inkişafı üzrə birgə fəaliyyət istiqamətləri haqqında müzakirələr baş tutub.

Bununla yanaşı, tərəflər Çindən Qırğızıstan vasitəsilə daha çox yükün daşınması üçün potensialın olduğunu, yaxın gələcəkdə tamamlanacaq Özbəkistan–Qırğızıstan–Çin dəmir yolu xəttinin Avrasiya Nəqliyyat Marşrutunun imkanlarını genişləndirəcəyi vurğulanıb.

ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir – FOTO - foto 1
ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO