Azərbaycanda çörək istehlakının həcmi AÇIQLANDI

Azərbaycanda çörək istehlakının həcmi AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda çörək istehlakının həcmi AÇIQLANDI
208959
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-cü ildə Azərbaycan əhalisi adambaşına orta hesabla 116,3 kiloqram təzə çörək istehlak edib. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 4,8 % azdır. 

Ötən il ölkədə ümumilikdə 1 milyon 184,406 min ton təzə çörək istehlak edilib ki, bu da, illik müqayisədə 4,3 % azdır. Mal-qara və quş yemi üçün təzə çörək istifadəsi 4,2 % azalaraq 5,185 min tona enib, il ərzində isə 7,145 min ton (4,6 % az) təzə çörək itkiyə gedib. 

Hesabat dövrünə Azərbaycanda 1 milyon 207,152 min ton təzə çörək ehtiyatı olub ki, bunun da 99,1 % və ya 1 milyon 207,152 min tonu istehsalın, 309 tonu idxalın, 0,9 %-i və ya 11,038 min tonu əvvəlki ildən qalıq hesabına formalaşıb. 

Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 180 min 770 nəfər olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO