Bu il pensiya ödənişlərinə 3 milyarddan çox vəsait AYRILDI - FOTO

Bu il pensiya ödənişlərinə 3 milyarddan çox vəsait AYRILDI - FOTO

Hazırda oxunan: Bu il pensiya ödənişlərinə 3 milyarddan çox vəsait AYRILDI - FOTO
206739
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (456 mln. manat) çox olmaqla 3 mlrd. 775 mln. manat vəsait yönəldilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.  

Hesabat dövründə ölkə üzrə pensiyaların orta məbləği 13 faiz artaraq 491 manat, yaşa görə pensiyanın orta məbləği 525 manat təşkil edib. 

Bu ilin 7 ayında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 127 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. 

Bu il pensiya ödənişlərinə 3 milyarddan çox vəsait AYRILDI - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO