Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI — VİDEO 

Hazırda oxunan: Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI — VİDEO 

188883

Yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə edilir. 

Bizim.Media-nın məlumatına görə, satıcılar "Xəzər Xəbər"ə deyiblər ki, ucuzlaşma prosesi təxminən bir neçə gün bundan əvvəl başlayıb və qiymətin enməsi mövsümi xarakter daşıyır. 

Hazırda əvvəllər 16-17 qəpiyə satılan yumurtanın bir ədədi mağazalarda 8- 9 qəpiyə satılır. 
Bölgələrdə də yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Yevlaxda bir müddət əvvəl 30-40 qəpiyə satılan kənd yumurtası hazırda 10-15 qəpiyə təklif edilir. Hazırda bu rayonda yumurta 10 qəpiyə alınır və 15 qəpiyə satılır. 

Şəki bazarlarında da əvvəl 35 qəpiyə olan kənd yumurtası hazırda 13-15 qəpiyə satılır. 

Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO