Azad olunan ərazilərdə sakinlərin kənd təsərrüfatında işlə təminatı məsələləri müzakirə edilib - FOTO

Azad olunan ərazilərdə sakinlərin kənd təsərrüfatında işlə təminatı məsələləri müzakirə edilib - FOTO

Hazırda oxunan: Azad olunan ərazilərdə sakinlərin kənd təsərrüfatında işlə təminatı məsələləri müzakirə edilib - FOTO

186449

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı istiqaməti üzrə fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, hər iki nazirliyin nümayəndələri və işəgötürənlər iştirak ediblər.

A.Əliyev Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işləri, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı sahəsində həyata keçirilən tədbirləri qeyd edib. Həmin tədbirlərdə xüsusilə kənd təsərrüfatı üzrə fəaliyyət göstərən şirkətlərin payının yüksək olduğu bildirilib. 
S.Cəfərov həmin ərazilərdə məşğulluğun təminatı üçün işəgötürənlərlə fəal əməkdaşlığın, vakansiya bankından fəal istifadənin əhəmiyyətini qeyd edib.

Sonra Agentliyin rəqəmsal layihələri, sosial tərəfdaşlarla iş, işəgötürənlər üçün güzəşt və imtiyazlar, Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində işəgötürənlərlə əməkdaşlıq imkanları ilə bağlı təqdimat edilib, işəgötürənlərin sualları cavablandırılıb.

İşğaldan azad olunan ərazilərimizdə sakinlər üçün aktiv məşğulluq proqramlarının icrası, habelə əmək yarmarkalarının təşkili, yeni yaradılan və vakant iş yerləri ilə bağlı məlumat mübadiləsinin aparılması və sair istiqamətlərdə görüləcək birgə işlər müzakirə olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO