Azərbaycan ən çox hansı ölkələrə neft ixrac edir? – SİYAHI 

Azərbaycan ən çox hansı ölkələrə neft ixrac edir? – SİYAHI 

Hazırda oxunan: Azərbaycan ən çox hansı ölkələrə neft ixrac edir? – SİYAHI 

183336

Cari ilin ilk 2 ayı ərzində Azərbaycanda 16 ölkəyə 4 milyard 595 490.11 milyon ton həcmində və 2 milyard 826 058.64 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac  olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin 2 aylıq hesabatında əks olunub.

Bu göstərici ötən ilin eyni dövründə həcm üzrə 5 milyard 175 062 milyon ton, qiymət statistikasında isə 3 milyard 250 677 milyon dollar təşkil edib. Burdan da aydın olur ki, bir il ərzində ixracda həcmdə 580 581 milyon ton və ya 11,21 faiz, dəyərində isə 424 618 milyon dollar və ya 13,06 faiz azalma baş verib. 

Hesabata əsasən, Azərbaycanın neft ixrac etdiyi ölkələr arasında İtaliya birinci yerdə qərarlaşıb. Belə ki, göstərilən dövrdə Azərbaycandan bu ölkəyə 1 milyard 628 532.35 milyon ton neft göndərilib. Həmin ixracın maliyyə dəyəri 1 milyard 032 904.36 milyon dollar təşkil edib.
Növbəti yerlərdə İsrail (884 323 milyon ton və 527 534 milyon dollar), Hindistan (574 401 ton və 359 982 milyon dollar), Tailand (327 014 milyon ton və 203 154 milyon dollar) və digərləri dayanıb.

Qonşu Türkiyə isə Azərbaycanın neft ixracında 15-ci yerdə qərarlaşıb. Belə ki, 2 ay ərzində qardaş ölkəyə 68 079 milyon ton həcmində xam neft və neft məhsulları ixrac olunub. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO