Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb

178934

“Əziz qardaşımla bir az əvvəl çox faydalı bir görüş keçirdik, xüsusilə ticarət, enerji və müdafiə sənayesi sahələrindəki əlaqələrimizi müzakirə etdik. Ermənistanla münasibətlər başda olmaqla regional proseslər haqqında fikir mübadiləsi apardıq. İkitərəfli ticarət dövriyyəmizi bir il əvvəlkinə nisbətən 16 faizdən çox artımla 7,5 milyard dollar səviyyəsinə çatdırdıq. Təbii ki, bilirsiniz, hədəfimiz 15 milyard dollardır. Hörmətli Qardaşımla bu istiqamətdəki qətiyyətimizi möhkəmləndirdik”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.

Ərdoğan qeyd edib ki, may ayında Ankarada keçiriləcək birgə iqtisadi komissiyanın 11-ci iclası bu istiqamətdə hazırlanacaq “Yol Xəritəsi”nin müəyyənləşdirilməsinə fayda verəcək:

“Bu gün imzalanacaq “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” də hədəflərimizə çatmağımıza töhfə verəcək”.
Türkiyə lideri bildirib ki, gosiyasi nizama təsir edən koronavirus pandemiyası və Ukrayna müharibəsi kimi proseslər Orta Dəhlizin etibarlı marşrut olduğunu bir daha göstərib:  “2017-ci ildə açılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin strateji mərhələsi olmuşdur. Bu xətdəki işlərin ən qısa zamanda başa çatdırılması və xəttin tamamilə işlək vəziyyətə gətirilməsi ortaq mənfəətimizə xidmət edir. Çünki təmirlə əlaqədar yaşanan plansız bağlanma səbəbindən yük daşıyıcıları çətin vəziyyətdə qalıb. 

Bundan başqa, uzun müddət bağlı qalan xətt beynəlxalq səviyyədə cazibəsini itirir. Quru yolu ilə tranzit daşımalarını ən qısa zamanda sərbəst vəziyyətə gətirməyimiz də əhəmiyyətlidir. Bu məsələdə dəstəyinizə güvənirəm”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO