Köhnə dolları olanlara XƏBƏRDARLIQ – “Bankda dəyişmək istəsəniz…”

Köhnə dolları olanlara XƏBƏRDARLIQ – “Bankda dəyişmək istəsəniz…”

Hazırda oxunan: Köhnə dolları olanlara XƏBƏRDARLIQ – “Bankda dəyişmək istəsəniz…”

175781

Son günlər köhnə buraxılışlı dollarların dövriyyədən çıxarılması ilə bağlı söz-söhbətlər gəzir. Bundan narahat olan bəzi vətəndaşlar da əllərindəki köhnə əskinasları dəyişmək üçün banklara üz tuturlar. Amma bir sıra banklar vətəndaşlardan köhnə dolları almaqdan imtina edir. Bu da müəyyən narazılığa və narahatlığa səbəb olur.

Bəs, banklar vətəndaşdan köhnə dollar almaqdan imtina edə bilərmi?

Məsələyə iqtisadçı ekspert Əkrəm Həsənov aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, heç bir Azərbaycan bankının hansısa xarici valyutanı alıb-satmaq və dəyişmək öhdəliyi yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana xaricdən pul köçürmələri 2.8 milyard manat azalıb


“Amma bankların milli valyutada əməliyyat aparması məcburidir. Bank istəsə dollar və yaxud başqa valyutanı alıb-sata və dəyişdirə bilər. İstəməsə buna görə heç kim həmin bankı qanaya bilməz. Çünki bank kommersiya qurumudur. O bütün fəaliyyətini kommersiya maraqları üzərində qurur. Ona görə də bank maraqlıdırsa istədiyi valyutanın alqı-satqısını və dəyişdirilməsini həyata keçirə bilər”.

Əkrəm Həsənov qeyd edib ki, istənilən bankın köhnə dolları götürməmək hüququ var:

“Bank elan edə bilər ki, filan nominallı və filan ildə buraxılmış dolları qəbul edirəm və yaxud etmirəm. Çünki bəzi hallarda vətəndaş banklarda mübadilə zamanı təzə çap edilmiş dollar və yaxud digər valyutanı tələb edir. Belə vəziyyətdə bank aldığı köhnə əskinası nə etməlidir? Əgər aldığı məhsulu sata bilmirsə, onda bank bəzi təkliflərdən imtina edə bilər”. 

İqtisadçı ekspert vəziyyətdən çıxış yolunu da göstərdi:

“Belə vəziyyətdə vətəndaş ancaq köhnə dollarları ABŞ-a gedən hansısa tanışına verə və onun orada dəyişdirilməsini xahiş edə bilər. Çünki bütün Mərkəzi Banklar zaman-zaman köhnə əskinasları dövriyyədən çıxarırlar. 

O cümlədən də bizim Mərkəzi Bankın belə bir öhdəliyi var. Bu öhdəlikdən irəli gələn vəzifəni icra etmək üçün dövriyyədə olan köhnə və zədələnmiş manatlar qəbul edilir və nominal dəyəri də geri qaytarılır. Amma xarici valyutada belə bir öhdəlik yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO