BP: “Azəri-Çıraq-Günəşli”də yenə də potensial qaz layları var

BP: “Azəri-Çıraq-Günəşli”də yenə də potensial qaz layları var

Hazırda oxunan: BP: “Azəri-Çıraq-Günəşli”də yenə də potensial qaz layları var
165402
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Şahdəniz”in çox gözəl hasilatı var və hər zaman 100 faiz effektivliklə çalışır. Buradan illik 200 milyard kubmetr qaz hasil edilir ki, bu da regionun enerji təminatını qarşılayır.

Bizim.Media xəbər verir ki, bu sözləri BP-nin maliyyə məsələləri üzrə vitse-prezidenti Colin Alan “SPE Caspian Technical Conference and Exhibition” tədbirində bildirib.

“Bu gün “Azəri-Çıraq-Günəşli”dən olan məlumatlara görə deyə bilərik ki, yenə də potensial qaz layları var. Biz düşünürük ki, karbonasiyaya da böyük töhfəmiz ola bilər.

Regionda bu işləri görməklə yanaşı, korporativ vətəndaş kimi bir çox işlər görürük. Yüzlərlə yeni sosial layihələr təşkil edərək icmaların inkişafına dəstək veririk, onların potensiallarını üzə çıxarırıq. Sosial layihələrə tərəfdaşlarımızla birlikdə 100 milyarddan çox pul xərcləmişik”,- deyə Colin Alan bildirib.

O qeyd edib ki, Azərbaycanda formalaşdırılmış infrastrukturlar var:

“BTC boru kəməri çox gözəl mühəndislik nəticəsidir. Son 17 ildir ki, karbohidratları Aralıq dənizinə ətraf mühitə zərər vurmadan çatdırır. Buradan 4,5 milyard barel neft xaric olunub. Azərbaycanda yerli potensiallar da inkişaf etdirilib və təkmilləşdirilib”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO