Qazaxıstanın Füzulidə inşa etdiyi Mərkəz dekabrda açılacaq

Qazaxıstanın Füzulidə inşa etdiyi Mərkəz dekabrda açılacaq

Hazırda oxunan: Qazaxıstanın Füzulidə inşa etdiyi Mərkəz dekabrda açılacaq

153596

"Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin tikintisi davam etdirilir, tikinti işləri 60 faiz yerinə yetirilib".

Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.

"Açılış bu ilin dekabrına planlaşdırılır. Bu mərkəz uşaqları vokal, musiqi alətləri, robototexnika, 3D modelləşdirmə, veb-dizayn, fotoqrafiya və video çəkiliş kimi təlim sahələrinə yönəldəcək.
Bundan əlavə, xalçaçılıq, dulusçuluq və s. kimi sənətkarlıq növləri üzrə təlimlər keçiriləcək”, - nazir müavini bildirib.

R.Vasilenko əlavə edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dediyi kimi, bu mərkəz Qazaxıstanın Azərbaycan xalqına hədiyyəsi olacaq.

Qeyd edək ki, bu ilin martında işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstanın vəsaiti hesabına tikiləcək bu mərkəzin təməlqoyma mərasimi olub.

Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, yaradıcı gənclərin formalaşması və regionda incəsənət təhsilini inkişaf etdirmək məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO