Qarabağda işləyən mütəxəssislərə birdəfəlik müavinət VERİLİR 

Qarabağda işləyən mütəxəssislərə birdəfəlik müavinət VERİLİR 

Hazırda oxunan: Qarabağda işləyən mütəxəssislərə birdəfəlik müavinət VERİLİR 
152899
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanıb. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, birdəfəlik müavinət elektron sistem üzərindən proaktv qaydada, yəni həmin işçilərin müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan həyata keçirilir.

Birdəfəlik müavinətin təyinatı Prezident İlham Əliyev tərəfindən imzalanmış qanunvericilik aktları ilə həmin ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislər üçün nəzərdə tutulan sosial dəstək tədbirlərindən biridir. 

Əmək Məcəlləsinə əsasən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərimizdə əmək müqaviləsi əsasında işləyən işçilər aiddir. 
İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərə birdəfəlik müavinət verilməsi ilə yanaşı, onların aylıq vəzifə maaşlarına əlavələr hesablanması və onlara hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub. 

Qarabağda işləyən mütəxəssislərə birdəfəlik müavinət VERİLİR  - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO