"Azərbaycanda maliyyə sanksiyaları və cərimələr ciddiləşəcək" - RƏSMİ

Hazırda oxunan: "Azərbaycanda maliyyə sanksiyaları və cərimələr ciddiləşəcək" - RƏSMİ
117607
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə qanun pozuntuları ilə bağlı tətbiq edilən maliyyə sanksiyaları və cərimələr ciddiləşəcək.

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, bildirib ki, maliyyə sanksiyalarının tətbiq olunmasının məqsədi dövlət büdcəsinə vəsait yığmaqdan ibarət deyil:

"Bu addım daha çox həmin davranışın gələcəkdə təkrar olunmaması istiqamətindədir. Qanunu pozan subyektə qarşı cərimə onun qanunu pozması nəticəsində əldə etdiyi mənfəətdən çox olmasa həmin subyekt bu davranışı təkrar edəcək. Sanksiyaların ciddiləşdirilməsinin əsas məqsədi də gələcəkdə bu qanun pozuntularının qarşısını almaqdan ibarətdir".

M.Abbasbəyli əlavə edib ki, Rəqabət Məcəlləsi hökumətə təqdim edilib:

"Hazırda sənəd Prezident Administrasiyasında baxılır və qısa müddətdə Milli Məclisə təqdim edilməsi gözlənilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO