"Araz Vadisi İqtisadi Zonası"nda mobil şəhərciyin salınması istiqamətində işlər yekunlaşıb - FOTO 

Hazırda oxunan: "Araz Vadisi İqtisadi Zonası"nda mobil şəhərciyin salınması istiqamətində işlər yekunlaşıb - FOTO 
105968
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında mobil şəhərciyin salınması istiqamətində işlər artıq yekunlaşıb. 

Bu barədə Bizim.Media-ya İZİA-dan bildirilib. 

Məlumata görə, mobil şəhərcikdə konteyner tipli yataqxanalar, ofis, aptek, anbar, mağazalar, yeməkxana və digər xidmət obyektləri yaradılıb. 

Mobilizasiya şəhərciyinə asfalt yol çəkilib, park salınıb və abadlıq işləri tamamlanıb. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan Azərbaycan istehsalı olan panellərdən istifadə edilir. Bundan başqa, mobil şəhərcikdə günəş enerjisindən qidalanan oturacaqlar quraşdırılıb. Bu oturacaqlardan istifadə etməklə mobil cihazları enerji ilə təmin etmək mümkündür. 
Qeyd edək ki, 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO