Canni de Byazi AVRO-2024-ün püşkatmasından danışdı: “Favorit Belçika millisidir”

Canni de Byazi AVRO-2024-ün püşkatmasından danışdı: “Favorit Belçika millisidir”

Hazırda oxunan: Canni de Byazi AVRO-2024-ün püşkatmasından danışdı: “Favorit Belçika millisidir”
98275
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis yığmamızın F qrupunda yer almasına münasibət bildirib:

“Asan qrup deyil. Rəqiblərimizi ayrı-ayrılıqda dəyərləndirməli olsaq, təbii ki, qrupun aşkar favoriti Belçika millisidir. Eyni zamanda, digər iki komandanı - İsveç və Avstriya millilərini də xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik”.
Qeyd edək ki, millimiz DÇ-2024-ün seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya ilə qarşılaşacaq. İlk oyun gələn ilin matında baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO