Bakıda qızıl medal qazanan fransalı idmançı əsas hədəfindən danışdı – FOTO

Bakıda qızıl medal qazanan fransalı idmançı əsas hədəfindən danışdı – FOTO

Hazırda oxunan: Bakıda qızıl medal qazanan fransalı idmançı əsas hədəfindən danışdı – FOTO
76719
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda keçirilən belə bir yüksək səviyyəli yarışda iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Turnirin keçirildiyi Bakı Atıcılıq Mərkəzi müasir standartlara cavab verir və iştirakçılar üçün hər bir şərait yaradılıb.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakıda atıcılıq üzrə keçirilən dünya kuboku yarışında 10 metr məsafəyə tüfəngdən atəşaçma yarışında qadınlar arasında qızıl medal qazanan fransalı Osean Müller deyib.

O bildirib ki, hazırda yaxşı formadadır. Belə ki, 2021-ci ildə Avropa çempionatında bu növ üzrə şəxsi və qarışıq komanda yarışlarında qızıl medal qazanıb:

“Turnirin səviyyəsi yüksəkdir, ciddi rəqabət var. Bakıda qazandığım qızıl medal mənim üçün qiymətlidir. Əsas hədəf isə Paris Olimpiadasıdır”.

Qeyd edək ki, 10 metr məsafəyə tüfəngdən atəşaçma yarışında qadınlar arasında polşalı Aneta Stankeviç gümüş, Rumıniya təmsilçisi İli Laura-Georgeta bürünc medala sahib olub.

Bizim.Media

Bakıda qızıl medal qazanan fransalı idmançı əsas hədəfindən danışdı – FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO