Rusiya və Belarus tennisçiləri bu turnirə buraxılmayacaqlar

Rusiya və Belarus tennisçiləri bu turnirə buraxılmayacaqlar

Hazırda oxunan: Rusiya və Belarus tennisçiləri bu turnirə buraxılmayacaqlar
71088
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya və Belarus tennisçiləri Uimbldon turnirinə buraxılmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniya Tennis Assosiasiyası rəsmi qərar qəbul edib.

Qurum iyunun 27-də start götürəcək yarışadək qərarının dəyişdirilə biləcəyini də istisna etməyib. Qeyd edək ki, bu günə qədər ATP və WTA təşkilatları rusiyalı tennisçilərin neytral statusda çıxışına icazə vermişdi.

İngiltərənin nüfuzlu “Daily Mail” nəşri bu qərarla bağlı maraqlı informasiya əldə edib. Mənbənin yazdığına görə, qərarın arxasında Böyük Britaniya Kral ailəsi durur.

Onlar yarışın əsas favoritlərindən olan Daniil Medvedevin ali mükafatı qazana biləcəyindən çəkindiyinə görə yerli tennis assosiasiyasına belə bir göstəriş verib. Mötəbər turnirin qaliblərinə titulu məhz Kral ailəsinin üzvü təqdim edir.

Adətən belə məsələlərdə təşkilatçılarla həmrəylik nümayiş etdirən ATP və WTA bu dəfə fərqli mövqedədir. Onlar yaydıqları bəyanatda Böyük Britaniya Tennis Assosiasiyasının qərarını ədalətsiz adlandırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO