Azərbaycanlı UFC döyüşçüsü: “Bakıya gəlmək çoxdankı arzum idi”

Azərbaycanlı UFC döyüşçüsü: “Bakıya gəlmək çoxdankı arzum idi”

Hazırda oxunan: Azərbaycanlı UFC döyüşçüsü: “Bakıya gəlmək çoxdankı arzum idi”
69491
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Məni Azərbaycana Gənclər və İdman Nazirliyi dəvət edib. Azərbaycana gəlmək çoxdankı arzum idi. Buranı görməyi çox istəyirdim”.

Bizim.Media xəbər verir ki, bunu Bakıda səfərdə olan Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev aprelin 13-də təşkil olunan mətbuat konfransında deyib.

İyirmi doqquz yaşlı UFC döyüşçüsü Azərbaycana səfərindən məmnunluğunu ifadə edib:

“Bakıda olduğum üçün xoşbəxtəm. Çox gözəl və təmiz şəhərdir. Şəhərdə doğmalıq hiss etdim”.

Koronavirusa görə sonuncu döyüşünü buraxan idmançı hazırkı vəziyyəti haqqında da danışıb:

“Artıq bərpa olunmuşam. Hər şey normaldır. Növbəti döyüşlərə hazırlaşıram”.

R.Fiziyev bildirib ki, Bakıda azarkeşlərim çoxdur, ancaq burada döyüş keçirmək məndən asılı məsələ deyil:

“Azərbaycanda yaxşı idmançılar var. MMA-nın inkişafı üçün beynəlxalq standartlara cavab verın bazalar mövcuddur. Azərbaycanda yaxşı güləşçilər və cüdoçuların olduğunu deyə bilərəm. Hansı ki, onlar kifayət qədər titullar qazanıblar. MMA-da isə Tofiq Musayev və Nəriman Abbasovun adlarını çəkə bilərəm. Onlar Rusiyada çoxlu qələbələr əldə ediblər. İnanıram ki, bu idman növü Azərbaycanda daha da inkişaf edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO