Azərbaycanın gənc cüdoçuları Avropa kubokunda 2-ci yeri tutdu - FOTO

Azərbaycanın gənc cüdoçuları Avropa kubokunda 2-ci yeri tutdu - FOTO

Hazırda oxunan: Azərbaycanın gənc cüdoçuları Avropa kubokunda 2-ci yeri tutdu - FOTO

66651

Azərbaycanın cüdo üzrə gənc oğlanlardan ibarət milli komandası Afinada keçirilən Avropa kuboku turnirində uğurla çıxış edərək 4 medal qazanıb.

Bizim.Media xəbər verir ki, qızıl medalları yığmamızın aktivinə Məhərrəm İmamverdiyev (81 kq) və Kənan Nəsibov (100 kq) yazdırıblar. Ruslan Nəsirli (100 kq) və Hüseyn Məmmədov (+100 kq) isə turnirin gümüş medallarını qazanıblar.

Komandamız 27 ölkə təmsilçisinin qatıldığı Avropa kuboku turnirini ümumilikdə 2 qızıl və 2 gümüş medalla oğlanlar arasında ikinci yerdə başa vurub. Ümumi komanda hesabında isə yığmamız üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yarışda Azərbaycan Respublikasının Yunanıstankı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov və səfirliyin digər əməkdaşları cüdoçularımıza dəstək olmaq məqsədi ilə Avropa kuboku turnirində iştirak ediblər.

Anar Hüseynov qaliblərin mükafatlandırma mərasimində iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO