Futbolsevərlərin NƏZƏRİNƏ: Bu gün El-Klasiko olacaq

Futbolsevərlərin NƏZƏRİNƏ: Bu gün El-Klasiko olacaq

Hazırda oxunan: Futbolsevərlərin NƏZƏRİNƏ: Bu gün El-Klasiko olacaq
65717
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün İspaniya La Liqasında "Real Madrid" və "Barselona" arasında növbəti El-Klasiko keçiriləcək.

Bizim.Media xəbər verir ki, "Santyaqo Bernabeu"dakı XXIX tur oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

"Kral klubu" 28 oyundan sonra 66 xalla liderdir, rəqibindən bir oyun az keçirən Kataloniya təmsilçisi 51 xalla 4-cü pillədə qərarlaşıb. Görüşü FIFA referisi Xuan Martines Munuera idarə edəcək.

İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 248 "El Klasiko"nun 100-də meydan sahibləri, 96-da qonaqlar qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib.

La Liqa qarşılaşmalarında da "Real Madrid"in üstünlüyü var – 76:72. Tərəflər 35 oyunda meydanı bir xalla tərk ediblər.

"El Klasiko"larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanları - Serxio Ramos və Lionel Messidir.

Fransanın PSJ klubunda çıxış edən oyunçular 45 dəfə meydanda olublar. Kataloniya təmsilçisindən Paris klubuna keçən Messi 26 qolla əzəli və əbədi rəqabətdə ən çox fərqlənən futbolçudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO