Şixov çimərliyində keçirilən çempionat başa çatdı - FOTO

Şixov çimərliyində keçirilən çempionat başa çatdı - FOTO

Hazırda oxunan: Şixov çimərliyində keçirilən çempionat başa çatdı - FOTO
636644
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub.

Bizim.Media xəbər verir ki, federasiyanın yelkən mərkəzində, Şıxov çimərliyi ərazisində təşkil olunan çempionatda Azərbaycan və Türkiyədən olan idmançılar Optimist və ILCA4 siniflərində mübarizə aparıblar.

Üç gün davam edən yarış ərzində idmançılar küləyin istiqaməti və sürətinə uyğun müəyyənləşdirilən marşrut üzrə müxtəlif yürüşlərdə (reyslərdə) bacarıqlarını nümayiş etdiriblər. Yekun sıralama bütün yürüşlərin nəticələri əsasında hesablanan xallar nəzərə alınmaqla müəyyənləşdirilib.
 

Bağlanış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idmana göstərilən dövlət dəstəyindən danışıb. Nazir Azərbaycan yelkənçiləri ilə yanaşı, yarışda iştirak edən Türkiyə təmsilçilərini də salamlayıb, çempionatın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Fərid Qayıbov idmançıları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.


Çempionatın qalibləri diplom, medal və federasiya tərəfindən hədiyyələrlə mükafatlandırılıb. Yarışda iştirak edən bütün idmançılar sertifikatla təltif olunublar. Həmçinin 2025-ci ilin Azərbaycan çempionları Kamal Bəşirli (Optimist) və Davud Babazadənin (ILCA4) adları yelkən idmanının ənənəvi şərəf lövhəsinə həkk olunub.

Mərasimin sonunda Azərbaycan Su İdman Növləri Federasiyasının təşkil etdiyi yelkən idmanı, avarçəkmə və kanoe üzrə Yay məktəbinin iştirakçılarına da sertifikatlar verilib.

Şixov çimərliyində keçirilən çempionat başa çatdı - FOTO - foto 1
Şixov çimərliyində keçirilən çempionat başa çatdı - FOTO - foto 2
Şixov çimərliyində keçirilən çempionat başa çatdı - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO