Avropalılar Ukrayna ilə bağlı danışıqları pozacaq? - Norveçli professordan açıqlama

Avropalılar Ukrayna ilə bağlı danışıqları pozacaq? - Norveçli professordan açıqlama

Hazırda oxunan: Avropalılar Ukrayna ilə bağlı danışıqları pozacaq? - Norveçli professordan açıqlama
645358
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropalılar Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara cəlb olunacaqları təqdirdə prosesi poza bilərlər.

Bizim.Media xəbər verir ki, bunu Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen YouTube kanalında bildirib.
 

Onun sözlərinə görə, avropalılar danışıqlar masasında yer almaq istəsələr də, Rusiya ilə danışmaq niyyətində deyillər. Dizen Avropanın atəşkəs, Ukraynanın NATO-ya üzvlüyü və Rusiyanın təzminat ödəməsi ilə bağlı təkliflərinin Moskva üçün qəbuledilməz olduğunu vurğulayıb.


Professor hesab edir ki, bu səbəbdən nə ABŞ, nə də Rusiya avropalıları danışıqlarda görmək istəyir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazır olduqlarını təsdiqləyib. Danışıqların noyabrın 10-da Abu-Dabidə keçirilə biləcəyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO