İtaliyalı "Mercedes" pilotu Kimi Antonelli 2026-cı il mövsümündə "Formula-1" üzrə dünya çempionatının 14-cü mərhələsi olan İspaniya Qran-prisinin qalibi olub. Yarış "Madrinq" şəhər trasında keçirilib.
Bizim.Media "Formula-1" platformasının "X" sosial şəbəkəsindəki rəsmi hesabına istinadən xəbər verir ki, ikinci yeri Niderlandı təmsil edən Maks Ferstappen ("Red Bull") tutub.
İlk üçlüyü britaniyalı Lando Norris ("McLaren") tamamlayıb.
İspaniya Qran-prisi ilk dəfə Madriddə keçirilib. 1991-ci ildən etibarən mərhələyə Barselonadakı avtodrom ev sahibliyi edib. İspaniya Qran-prisində qələbələrin sayına görə rekord yeddiqat dünya çempionları - almaniyalı Mixael Şumaxer və britaniyalı Lyuis Hemiltona məxsusdur.
Onların hər birinin hesabında altı qələbə var.
Lakin "Ferrari"də çıxış edən Hemilton əyləclərində yaranan problem səbəbindən yarışı vaxtından əvvəl başa vurub. Pilot yeddinci dövrədə yarışı dayandırmağa məcbur olub.
Növbəti mərhələ sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:27 / 13.09.2026
"Formula-1" üzrə İspaniya Qran-prisinin qalibi bəlli oldu
Hazırda oxunan: "Formula-1" üzrə İspaniya Qran-prisinin qalibi bəlli oldu
Hazırda oxunan: "Formula-1" üzrə İspaniya Qran-prisinin qalibi bəlli oldu
636417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































