Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir - FOTO

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir - FOTO

Hazırda oxunan: Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir - FOTO
636395
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı start götürüb.
 
Bizim.Media
xəbər verir ki, federasiyanın yelkən mərkəzində, Şıxov çimərliyi ərazisində keçirilən çempionatın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 

Ardınca yarışın reqlamenti, mübarizə qaydaları və çempionatda iştirak edən idmançılar haqqında məlumat verilib. Rəsmi hissədən sonra yarışlar başlayıb.


 Qeyd edək ki, açıq ölkə çempionatında Azərbaycanla yanaşı, Türkiyədən gələn 10 nəfərdən ibarət heyət Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparır. Yarış sentyabrın 14-nə qədər davam edəcək. Mükafatlandırma mərasimi son gündə saat 18:00-dan etibarən baş tutacaq.
 
Qaliblər diplom və medallarla təltif olunacaqlar. Həmçinin bütün iştirakçılara Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir - FOTO - foto 1
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir - FOTO - foto 2
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir - FOTO - foto 3
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir - FOTO - foto 4
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir - FOTO - foto 5
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir - FOTO - foto 6


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO