Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi - VİDEO

Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi - VİDEO

Hazırda oxunan: Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi - VİDEO

631053

Puerto-Rikolu boksçu Priçard Kolon 33 yaşında dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə onun atası sosial şəbəkələrdə məlumat paylaşıb.

Kolon 2015-ci il oktyabrın 17-də ABŞ-da məğlubedilməz Terrel Uilyamsla döyüşdən sonra kədərli şöhrət qazanmışdı. Həmin görüşdə Priçard başın ənsə nahiyəsinə çoxsaylı zərbələr almışdı.

Boksda bu cür hərəkətlər qətiyyən qadağandır.

Doqquzuncu raundda iki dəfə nokdauna düşdükdən sonra Kolonun məşqçilər heyəti döyüşü davam etdirməkdən imtina etmək qərarına gəldi. Diskvalifikasiyadan sonra qələbə Terrelə verildi. Sonradan həkimlər Priçarda beyinə qan sızması diaqnozu qoydular, bundan sonra o, yeddi ay komada qaldı. Bu, onun son boks döyüşü oldu.

Komadan ayıldıqdan sonra Kolon aldığı beyin zədələrindən tam sağala bilmədi.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO