"Qəbələ" "Sumqayıt"ı darmadağın etdi

Hazırda oxunan: "Qəbələ" "Sumqayıt"ı darmadağın etdi
62233
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə bitib. "Qırmızı-qaralar"ın qollarını 2-ci dəqiqədə Rafael Utriq, 39-cu dəqiqədə Ruan Renato, 41-ci dəqiqədə Rövlan Muradov, 68-ci dəqiqədə isə Murad Musayev vurub.

Xallarının sayını 32-yə çatdıran "Qəbələ" ikinci pillədəki mövqeyini qoruyub. "Gənclik şəhəri" təmsilçisi isə 13 xalla 7-ci yerdədir.

Qeyd edək ki, günün ilk görüşündə "Neftçi" səfərdə "Sabah"ı 1:0 hesabı ilə yenib. Tura fevralın 28-də keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO