Ronaldo altı fərqli mundialda qol vuran İLK FUTBOLÇU OLDU

Ronaldo altı fərqli mundialda qol vuran İLK FUTBOLÇU OLDU

Hazırda oxunan: Ronaldo altı fərqli mundialda qol vuran İLK FUTBOLÇU OLDU

621134

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo futbol tarixində növbəti rekorduna imza atıb.

Bizim.Media xəbər verir ki, 41 yaşlı hücumçu dünya çempionatları tarixində altı fərqli mundialda qol vuran ilk futbolçu kimi adını tarixə yazdırıb.

Ronaldo bu nailiyyətə DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Özbəkistan millisinə qarşı keçirilən oyunda çatıb.

O, görüşün 6-cı dəqiqəsində rəqib qapısına yol taparaq komandasını hesabda önə keçirib. Bununla da portuqaliyalı ulduz indiyədək Lionel Messi ilə bölüşdüyü rekordu təkbaşına sahiblənib.
 

Bu qol Ronaldoya daha bir tarixi göstərici qazandırıb. O, dünya çempionatlarında 40 yaşdan yuxarı qol vuran ikinci futbolçu olub. Mundiallar tarixində bu rekordun sahibi isə Kamerun millisinin əfsanəvi hücumçusu Roje Milladır. Milla 1994-cü il dünya çempionatında 42 yaşında olarkən Rusiya yığmasının qapısına qol vurmuşdu.


Kriştianu Ronaldo zəngin karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Portuqaliya millisi ilə Avropa çempionu adını qazanıb və iki dəfə UEFA Millətlər Liqasını başı üzərinə qaldırıb. O, həmçinin milli komandalar tarixində ən çox qol vuran futbolçu olmaqla yanaşı, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatlarında da qol rekordlarının sahibidir.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun formasını geyinən Ronaldo karyerası ərzində "Sportinq" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Real" (İspaniya) və "Yuventus" (İtaliya) kimi nəhəng klublarda çıxış edib.

Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və turnir iyulun 19-da başa çatacaq. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO