Yamal Мessini geridə qoydu

Yamal Мessini geridə qoydu

Hazırda oxunan: Yamal Мessini geridə qoydu
620669
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniya millisinin vingeri Lamin Yamal futbol üzrə dünya çempionatları tarixində ən gənc qol müəllifləri siyahısında ilk onluğa daxil olub.

Bizim.Media  xəbər verir ki, bu, 2026-cı il dünya çempionatının H qrupunda İspaniya və Səudiyyə Ərəbistanı milliləri arasında keçirilən oyunda baş verib.
 

Yamal qarşılaşmanın 10-cu dəqiqəsində hesabı açaraq bu göstərici üzrə argentinalı hücumçu Lionel Messini geridə qoyub. Bununla belə, o, Rusiya millisinin sabiq hücumçusu Dmitri Sıçovun nəticəsini üstələyə bilməyib.


Reytinqə Braziliya millisinin əfsanəsi Pele başçılıq edir. O, dünya çempionatlarında ilk qolunu 17 yaş 239 günlük olarkən vurub.

Dünya çempionatları tarixində ən gənc qol müəllifləri:

1. Pele (Braziliya) - 17 yaş 239 gün

2. Manuel Rosas (Meksika) - 18 yaş 93 gün

3. Qavi (İspaniya) - 18 yaş 110 gün

4. İbrahim Mbaye (Seneqal) - 18 yaş 143 gün

5. Maykl Ouen (İngiltərə) - 18 yaş 190 gün

6. Nikolae Kovaç (Rumıniya) - 18 yaş 197 gün

7. Dmitri Sıçov (Rusiya) - 18 yaş 231 gün

8. Lamin Yamal (İspaniya) - 18 yaş 343 gün

9. Lionel Messi (Argentina) - 18 yaş 357 gün

10. Culian Qrin (ABŞ) - 19 yaş 25 gün.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO