Mahir Emreli Kipr klubunun transfer HƏDƏFİNDƏ

Mahir Emreli Kipr klubunun transfer HƏDƏFİNDƏ

Hazırda oxunan: Mahir Emreli Kipr klubunun transfer HƏDƏFİNDƏ

615518

Uğursuz mövsüm keçirən APOEL yay fasiləsində heyətində radikal dəyişikliklər edəcək.

Bizim.Media Kipr mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyinin transfer hədəflərindən biri də Azərbaycan millisinin futbolçusu Mahir Emrelidir.

Hazırda Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən 28 yaşlı hücumçu özü müqaviləsinin davam etməsinə baxmayaraq, komandasını dəyişməyi düşünür.
 

Bir neçə ölkədən təklif alan forvardın keçidində ən çox maraqlı klub kimi APOEL göstərilir. Yunanlar üçün hücum xəttində prioritet məhz millimizin üzvü hesab olunur. Rəhbərlik onun təcrübəsinin komandaya fayda verəcəyini düşünür.


Qeyd edək ki, Mahir Emrelinin “Kayzerslautern”lə sözləşməsi 2027-ci ilin yayına qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO