“Qarabağ”ın hücum tandemi yeni rekorda imza atıb

“Qarabağ”ın hücum tandemi yeni rekorda imza atıb

Hazırda oxunan: “Qarabağ”ın hücum tandemi yeni rekorda imza atıb

610842
“Qarabağ”ın hücum tandemi Musa Qurbanlı və Ramil Şeydayev Azərbaycan Premyer Liqasında yeni rekorda imza atıb.
 
Adıçəkilən futbolçular cari mövsüm ümumilikdə 35 qol vuraraq buna nail olublar.
 
Premyer Liqanın XXVI turunda “Səbail” üzərində 3:0 hesabı ilə qalib gəldikləri matçda Qurbanlı fərqlənərək, qollarının sayını 18-ə çatdırıb. Şeydayevin aktivində isə 17 top var.
 
Cütlük 2008-ci ildən Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən Premyer Liqanın yeni rekordunu müəyyənləşdiriblər. Bunadək həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. “Neftçi”nin üzvləri 2012/2013 mövsümündə birlikdə 34 qola sevinmişdilər. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə rəqib qapısına yol tapıb.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO