Messi

Messi "İnter"də oynamaq istəyir

Hazırda oxunan: Messi "İnter"də oynamaq istəyir
6018
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi mövsümün sonunda komandanı tərk edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "El Chiringuito" nəşri bildirib.

Məlumata görə, 33 yaşlı hücumçu ilə İngiltərənin "Mançester Siti", Fransanın PSJ və İtaliyanın "İnter" klubu maraqlanır.

Nəşr bildirir ki, "Mançester Siti" Messinin komandaya keçməsinə ciddi yanaşır. Klubun sahibi onun transferi üçün vəsait ayırmağa hazırdır. Lakin argentinalı oyunçu "İnter"də oynamaq istəyir.

Qeyd edək ki, Lionel Messi yayda "Barselona"nı tərk etmək istəsə də, klub rəhbərliyi onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO