Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO

Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO

Hazırda oxunan: Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO
599713
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün "Şahdağ" Turizm Mərkəzində Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının açılış mərasimi keçirilib. 

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, açılış mərasimində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının və Azərbaycan Qış İdman Növləri Federasiyasının nümayəndələri, həmçinin Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya Federasiyası, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən olan ümumilikdə 124 idmançı iştirak ediblər.
 

Yarışı Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev izləyiblər.


Qeyd edək ki, Azərbaycanı bu yarışlarda milli komandanın 5 üzvü — Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edir.

Martın 8-dək davam edəcək yarışlarda U18 və U20 yaş kateqoriyalarından olan qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafet (mixed relay), fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.

Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO - foto 1
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO - foto 2
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO - foto 3
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO - foto 4
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO - foto 5
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO - foto 6
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO - foto 7
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO - foto 8
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO - foto 9
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO - foto 10
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO - foto 11
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO - foto 12

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO