“Qalatasaray” oyununda qorxulu anlar: 2 oyunçu huşunu itirdi – VİDEO

“Qalatasaray” oyununda qorxulu anlar: 2 oyunçu huşunu itirdi – VİDEO

Hazırda oxunan: “Qalatasaray” oyununda qorxulu anlar: 2 oyunçu huşunu itirdi – VİDEO
594549
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Kuboku çərçivəsində keçirilən “Qalatasaray” – “İstanbulspor” (3:1) qarşılaşmasında oyunu kölgədə qoyan qorxulu anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, matçın ikinci hissəsinin əvvəlində “İstanbulspor”un qapıçısı İsa Doğan ilə “Qalatasaray”ın futbolçusu Əhməd Kutucu arasında baş verən bədbəxt toqquşmadan sonra hər iki oyunçu meydanda huşunu itirib.

Hadisədən dərhal sonra tibbi heyətlər uzun müddət meydanda onlara müdaxilə etməyə çalışıblar.

İsa Doğan xəstəxanaya aparılıb. Toqquşma zamanı müvəqqəti olaraq huşunu itirən Əhməd Kutucu isə oyunu davam etdirə bilməyib. “Qalatasaray” onun yerinə İsmayıl Yakobsu meydana buraxıb.

Qısa fasilədən sonra qarşılaşma davam etdirilib.

“Qalatasaray” klubu hadisədən sonra rəsmi sosial media hesabında paylaşım edərək İstanbulsporun qapıçısına dəstək mesajı yayımlayıb:

“Tezliklə sağal, İsa Doğan! Ümid edirik ki, ən qısa zamanda səndən xoş xəbərlər eşidəcəyik”.

 

“Qalatasaray” oyununda qorxulu anlar: 2 oyunçu huşunu itirdi – VİDEO - foto 1
“Qalatasaray” oyununda qorxulu anlar: 2 oyunçu huşunu itirdi – VİDEO - foto 2
“Qalatasaray” oyununda qorxulu anlar: 2 oyunçu huşunu itirdi – VİDEO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO