Messi hələ də “Barselona”ya AZARKEŞLİK EDİR

Messi hələ də “Barselona”ya AZARKEŞLİK EDİR

Hazırda oxunan: Messi hələ də “Barselona”ya AZARKEŞLİK EDİR
580064
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Messi hələ də “Barselona”ya azarkeşlik etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, “İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messi hələ də uzun illər çıxış etdiyi “Barselona”ya azarkeşlik etdiyini açıqlayıb.
 

“Bəli, bəli, açıq-aydın azarkeşlik edirəm. Üstəlik, indi biz bir neçə komanda yoldaşı birlikdəyik. Hər zaman “Barselona”da baş verən bütün vəziyyətləri, nəticələri və oyunu müzakirə edirik,” – deyə Messi bildirib.


Qeyd edək ki, “İnter Mayami”də Messi “Barselona”dakı keçmiş komanda yoldaşlarının əhatəsindədir.

Belə ki Luis Suares, Serxio Buskets və Jordi Alba ondan sonra kluba qoşulublar.

Xatırladaq ki, Messi “Barselona”da 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib. O, katalon klubunda 10 dəfə İspaniya çempionu, 7 dəfə İspaniya Kuboku və 4 dəfə Çempionlar Liqası qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO