"Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil" - Kevin Medina

"Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil" - Kevin Medina

Hazırda oxunan: "Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil" - Kevin Medina
576525
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ"ın futbolçusu Kevin Medina Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Atletik"lə sabahkı matç haqda danışıb.

Bizim.Media xəbər verir ki, 32 yaşlı müdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında oyunun çətin keçəcəyini deyib:
 

“Bu matç həm onlar, həm də bizim üçün çox çətin oyun olacaq. Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil, bütövlükdə “Atletik” komandasınadır. Onlar klubun simalarıdırlar, amma biz təkcə onlara qarşı oynamırıq. Sabah bütün komandaya qarşı ciddi mübarizə aparmaq üçün hazırıq”.


Ötən mövsüm istədiyi səviyyədə olmadığını xatırladan kolumbiyalı futbolçu hazırda özünü əla hiss etdiyini söyləyib:

“Keçən mövsüm öz istədiyim səviyyədə deyildim və bu, mənim üçün böyük motivasiya oldu. Öz üzərimdə çox işlədim, psixoloji cəhətdən də daha güclü oldum. Hazırda əla hiss edirəm. İnsan səhvlərdən nəticə çıxarmalıdır və mən bu mövsüm əvvəlkindən daha yaxşıyam”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO