\

\"Neftçi\" yenə qalib gələ bilmədi – \"Sumqayıt\"la QOLSUZ MATÇ

Hazırda oxunan: \"Neftçi\" yenə qalib gələ bilmədi – \"Sumqayıt\"la QOLSUZ MATÇ

49180

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, "Bakcell Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib.

Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüş qolsuz yekunlaşıb. Sönük məcrada keçən ilk yarıda tərəflər, demək olar ki, təhlükəli vəziyyət yarada bilməyiblər.

Fasilədən sonrakı azsaylı qol epizodlarında isə son nöqtəni qoymaq mümkün olmayıb.

Beləliklə, "Neftçi" son 5 oyunda 4-cü qarşılaşmasında qalib gələ bilməyib və 21 xalla 4-cü pillədə qalıb. Xalını 12-yə çatdıran "Sumqayıt" isə 6-cı mövqedə qərarlaşıb.

Qeyd edək ki, ilk oyun günündə "Keşlə" evdə "Səbail"lə 2:2 hesablı heç-heçəyə razılaşıb. Digər görüşdə isə "Qarabağ" "Sabah"ı darmadağın edib - 5:1. Tura saat 18:15-də başlanacaq "Zirə" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO