Gənclər və İdman nazirinin yeni müavinləri KİMLƏRDİR? - DOSYE

Hazırda oxunan: Gənclər və İdman nazirinin yeni müavinləri KİMLƏRDİR? - DOSYE

48241

Xəbər verildiyi kimi Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin edilib.

Prezident İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev İsmayıl Sultan oğlu İsmayılov Gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər. Onların yerinə isə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva təyinat alıblar. 

Gənclər və idman nazirinin yeni müavinləri kimdir?

İndira Niyazi qızı Hacıyeva 1982 –ci ildə  Bakı Dövlət Universitetinin  riyaziyyat və fizika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB, Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışıb.

2000 – 2001-ci illərdə  Bakı şəhər İcra Hakimiyyəti, İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir, 2001-ci ildə isə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və Gənclərlə iş üzrə Baş İdarənin Uşaqlarla iş şöbəsində baş təlimatçı işləyib. 2001- 2003-ü illər ərzində Uşaqlarla iş şöbəsinin rəisi, 2003- 2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

2006- 2007-ci il müddətində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi, 2009-2012-ci illərdə Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olub.

2012-ci il tarixdən isə Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2011-ci il tarixli 1311 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə”, 22 iyun 2016-cı il tarixli 2131 nömrəli Sərəncamı ilə  isə 3-cü dərəcəli "Vətənə xidmətə görə ” ordeni ilə təltif edilib.

Mariana Toteva Vasileva keçmiş bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib.

2007-ci ildə Azərbaycan Gimnastika Federasiyasında çox  məşqçi işləməyə dəvət alıb.

O vaxtdan ailəsi və övladı ilə Bakıya köçüb. 2019-cu ildə Vasileva Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO