Olimp Hospital və “Şamaxı” Futbol Klubu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO

Olimp Hospital və “Şamaxı” Futbol Klubu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO

Hazırda oxunan: Olimp Hospital və “Şamaxı” Futbol Klubu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO
256658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

25 iyun tarixində Olimp Hospitalın direktoru Ruslan Rzayev və “Şamaxı” Futbol Klubunun idarə heyətinin sədri Elçin Usub arasında rəsmi əməkdaşlıq memorandumu imzalanıb. Tədbir Bakı şəhərində yerləşən Olimp Hospitalın konfrans zalında baş tutub.

Bizim.Media xəbər verir ki, Memorandum çərçivəsində Olimp Hospital “Şamaxı” FK futbolçularına tibbi müşahidə, profilaktik müayinələr, zədələnmə sonrası reabilitasiya və funksional bərpa xidmətləri göstərəcək. Əməkdaşlıq həm futbolçuların sağlamlığının qorunmasına, həm də peşəkar səviyyədə performans izlənməsinə yönəlib.

Olimp Hospital və “Şamaxı” Futbol Klubu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO - foto 1

Olimp Hospitalın direktoru Ruslan Rzayev bildirib:

“Bu əməkdaşlıq vasitəsilə biz sağlamlığı idmanın ayrılmaz hissəsinə çevirməyə çalışırıq.”

Olimp Hospital və “Şamaxı” Futbol Klubu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO - foto 2

“Şamaxı” FK İdarə Heyətinin sədri Elçin Usub qeyd edib:

“Komandamız üçün bu cür tibbi tərəfdaşlıq uzunmüddətli uğurların təməlidir.”

Olimp Hospital və “Şamaxı” Futbol Klubu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO - foto 3

Tədbir zamanı həmçinin Olimp Hospitalın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Ruhin Cəfərov, “Şamaxı” Futbol Klubunun baş məşqçisi Ayxan Abbasov da çıxış edərək tərəfdaşlığın ictimai, kommunikativ və tibbi əhəmiyyətinə toxunublar.

Sonda simvolik hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.

Olimp Hospital və “Şamaxı” Futbol Klubu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO - foto 4

Tədbirdən olan videonu təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO