Messi Avropaya qayıda bilər

Messi Avropaya qayıda bilər

Hazırda oxunan: Messi Avropaya qayıda bilər
229511
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"İnter Mayami" hücumçusu Lionel Messi ilə yeni müqavilə barədə razılığa gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, argentinalı futbolçu ilə yeni müqavilə 2026-cı ilin sonuna kimi qüvvədə olacaq. Messi 2026-cı ilin dünya çempionatında oynamaq üçün "İnter Mayami"də qalmaq qərarına gəlib. Eyni zamanda, yeni müqaviləyə oyunçunun MLS-də matçların olmadığı 2025-ci ilin sonundan 2026-cı ilin əvvəlinə qədər olan müddətdə Avropa klubuna icarəyə verilməsi ilə bağlı bənd də daxil ediləcək.

Qeyd edək ki, ötən mövsüm Messi klubu yarışlarında 22 oyun keçirib, 21 qol vurub, 18 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin qışına qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO